
İranda kimyəvi zavodda partlayış, xəsarət alanlar var
İranın İsfahan şəhərində kimyəvi məhsullar və atəşfəşanlıq vasitələri istehsalı zavodunda partlayış zamanı azı 9 nəfər xəsarət alıb.
Bu barədə Busaat.az “Mehr” dövlət agentliyinə istinadən xəbər verir.
Məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Partlayışın baş vermə səbəbləri araşdırılır.























