
İranda öldürülən etirazçıların sayı 416-ya çatıb
Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda davam edən nümayişlərdə həyatını itirənlərin sayının 416-ya yüksəldiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumat İHR-in saytında dərc olunan hesabatda yer alıb.
Məlumata görə, son bir həftədə baş verən hadisələrdə 72 nəfərin həyatını itirdiyi bildirilib.
Ölkədəki 31 əyalətdən 25-i ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi bildirilib.
Hesabatda Sistan-Bəlucistan əyalətində 126, Kürdüstan əyalətində 48, Qərbi Azərbaycanda 45, Tehranda 40, Mazandaranda 35, Gilanda 24, Kirmanşahda 23, Elborzda 15, İsfahanda 11, Xuzistanda 10, Rezevi Xorasanda 5, Zəncan və Şərqi Azərbaycanda 4, Qəzvin, Həmədan və Loristanda 3, Ərdəbil, İylam, Buşehr, Fars və Hörmüzqanda 2 nəfərin öldürüldüyü qeyd edilib.
Həyatını itirən etirazçılardan 51-nin yaşı 18-dən aşağıdır.
Busaat.az























