
İranda qadınların hüquqları qəsb edilir: Hicabsız metroya minmək qadağan edildi
İranda qadınlara hicab qadağasına Tehran metrosu da daxil edilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda hicabsız qadınların metro istifadəsinin qarşısının alındığı bildirilir.
“The Guardian” qəzetinin xəbərinə görə, Tehran metrosunda “hicab mühafizə qrupları” yaradılacaq. Xəbərdə hicabsız qadınların ödəniş məntəqələrindən keçməsinə icazə verilməyəcəyi və işləməsinə qadağa qoyulacağı bildirilib.
Tehran Metro Şirkəti, İranın nəcib xalqının hicab tələblərinə uyğun olaraq Tehran və şəhərətrafı metro stansiyalarında şifahi xatırlatma layihəsinə başladığını açıqlayıb. Lakin İran dövlət televiziyasında yayımlanan son görüntülərdə metro işçilərinin hicabsız bilet baryerini keçməyə çalışan qadınların qarşısını zorla aldığı görülüb.
Polis hicab qaydalarını pozanların “nəticələr barədə xəbərdarlıq mesajları” alacağını bildirib.
Qeyd edək ki, hökumət daha əvvəl küçələrdə kameralar yerləşdirməyi və geyim qaydalarına əməl etməyən qadınları aşkar etmək üçün mövcud trafik kamerası CCTV-lərdən istifadə etməyi planlaşdırdığını və cərimələrin tətbiq ediləcəyini bildirmişdi.
Busaat.az























