
İranda qum fırtınası: 64 nəfər xəstəxanaya yerləşdirilib
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası səbəbilə 64 nəfər xəstəxanaya yerləşdirilib.
Busaat.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəhbəri Məcid Muhibbi məlumat yayıb.
“120 gün ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü xəstəxanaya yerləşdirilib”,- Muhibbi deyib.
Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini söyləyən İran rəsmisi xalqa, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.
Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.























