
İranda qum fırtınası nəticəsində 700-dən çox insan xəstəxanaya yerləşdirildi
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınalarının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara 733 nəfər müraciət edib.
Busaat.az bildirir ki, bu barədə Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi xəbər verib.
O, vəziyyətlə bağlı İranın rəsmi agentliyi İRNA-ya danışıb.
“Qum və toz fırtınaları səbəbilə 3 gündə Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 733 nəfər xəstəxanalara müraciət edib. Bu şəxslərdən 58-i xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb”, – Muhibbi bildirib.
Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən Zabulda 3 kilometrə, Zehekdə isə 2 kilometrə qədər görmə məsafəsinin azaldığını vurğulayıb.
Vəziyyətlə bağlı dövlət qurumlarının fəaliyyəti dayandırılıb.























