İrandan dünyanı SİLKƏLƏYƏCƏK ADDIM: yüzlərlə NÜVƏ MAŞINI İŞƏ SALINDI

image-photo_88206013backend

Uranı zənginləşdirmək üçün yüzlərlə yeni sentrifuqaya qazın vurulmasına göstəriş verilib.

Busaat.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.

O bildirib ki, bu sentrifuqalar qabaqcıl (inkişaf etmiş) maşınlardır.

“Bu iş sanksiyaların ləğvi və İranın maraqlarının qorunması və uranın zənginləşməsinə nail olmaq üçün Strateji Fəaliyyət Qanununun icrası istiqamətində görülüb”, – deyə Kamalvəndi bildirib.
O deyib ki, bu sentrifuqaların işə salınması barədə artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki