
İrandan nüvə həmləsi: Yeni tədqiqat mərkəzi fəaliyyətə başladı
İran İsfahan əyalətində 10 meqavatlıq yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi dövlət xəbər agentliyi İRNA yayıb.
Agentliyin xəbərinə görə, İsfahanda nüvə tədqiqat reaktorunun tikintisi İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslaminin iştirak etdiyi mərasimlə başlayıb.
Məlumatda bildirilir ki, 20 faiz zənginləşdirilmiş nüvə yanacağı istifadə edən 10 meqavatlıq hovuz tipli reaktor nüvə yanacağının sınaqdan keçirilməsi, tibbi və sənaye radioizotoplarının istehsalı, neytron şüalarının tədqiqatı və tətbiqi işlərinin inkişafı üçün istifadə olunacaq.
Əlavə olaraq, nüvə tədqiqat reaktoru ölkənin ən böyük nüvə obyektlərindən biri olan İsfahan Nüvə Texnologiyaları Mərkəzinin tərkibində fəaliyyət göstərəcək.
Busaat.az























