Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İrandan təhdid kimi xəbərdarlıq: Biz dözməyəcəyik

image-iran-aa4-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın neft naziri Cevad Ovci İran və Küveyt arasında illərdir münaqişəyə səbəb olan Fars körfəzindəki “Arəş” qaz yatağına dair hüquqlarının pozulmasına dözməyəcəklərini açıqlayıb.

Busaat.az xəbər verir ki, nazir ortaq qaz sahəsindəki problemlərlə bağlı verdiyi açıqlamada qeyd edib ki, İran həmişə qonşuları ilə sərhəd və dəniz məsələlərinin sülh yolu ilə həllini dəstəkləyir.

Ortaq neft və qaz yataqlarının istismarında hər zaman danışıqlar və qarşılıqlı anlaşma yolunu tutduqlarını ifadə edən Ovci ölkəsinin “Arəş” qaz yatağında birgə hərəkət etmək istədiyini bildirib.

“Əgər qarşılıqlı anlaşma və əməkdaşlıq istəyi olmasa, İran öz proqramına sözügedən mənbələrin işlədilməsi və tədqiqini daxil edəcək”, – nazir deyib.

Qeyd edək ki, Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Arəş/Durra Qaz Yatağı illərdir İran və Küveyt arasında problemlər yaradır. Qaz yatağının İran tərəfdəki hissəsi “Arəş”, Küveyt tərəfindəki hissəsi isə “Durra” adlanır.

Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb.

İran isə sözügedən razılaşmanın “qanunsuz” olduğunu müdafiə edərək, bölgədə qazma işlərinə başlayacağını bəyan edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116582