Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İrandan Türkiyəyə Suriya ÇAĞIRIŞI: “Heç bir həll yolu olmayacaq”

image-1442941031
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı əməliyyatı beynəlxalq ictimaiyyətin gündəmindən düşmədiyi zamanda, İrandan mümkün quru əməliyyatı ilə bağlı yeni açıqlama gəlib.

Busaat.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahyanın türk həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışdığı və Türkiyənin Suriyada mümkün əməliyyatı ilə bağlı İranın narahatlığını çatdırdığı bildirilib.

İranın yarı-rəsmi xəbər agentliyi Tasnimin xəbərinə görə, Abdullahyan Tehranın Türkiyənin Suriya ilə bağlı təhlükəsizlik narahatlıqlarını anladığını, lakin hərbi əməliyyatın problemi həll etməyəcəyi fikrində olduğunu bildirib. Qeyd edilib ki, iranlı nazir Türkiyənin əməliyyatının vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb və məsələnin Ankara ilə Dəməşq arasında təhlükəsizlik danışıqları yolu ilə həllini istəyib.

Abdullahyan həmçinin bəyan edib ki, İran Türkiyə ilə Suriya hökuməti arasında siyasi problemlərin həlli ilə bağlı danışıqları dəstəkləməyə hazırdır. İran mətbuatı Çavuşoğlunun iranlı həmkarı ilə eynifikirləri bölüşdüyünü yazıb.

Qeyd edək ki, noyabrın 13-də suriyalı terrorçu Əhlam Əlbəşirin İstanbulun mərkəzi Taksim İstiqlal küçəsində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumundan sonra Ankara Suriyada PKK/YPG terror təşkilatına qarşı hava əməliyyatı keçirməyə başlayıb. Bundan sonra bölgədə quru əməliyyatının keçirilməsi barədə siqnallar verilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92346