
İranın “Azad” İslam Universitetində erməni dili və ədəbiyyatı kafedrası açılıb
İranın “Azad İslam Universiteti”nin Tehrandakı mərkəzi filialı erməni dili və ədəbiyyatı kafedrasının açıldığını və abituriyentlərin qəbulunun imtahansız aparılacağını açıqlayıb.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
İyulun 24-də İran Milli Tədqiqat İnstitutunun direktoru Əkbər Babai elan edib ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən, yalnız ermənilərin ana dilində təhsil almaq hüququ var.
O, həmçinin qeyd edib ki, sözügedən məqalədə yerli dillərin tədrisi ilə bağlı yazı yanlış anlaşılıb, burada türklərə deyil, yalnız ermənilərə aiddir.
Adı çəkilən universitetdə erməni dili və ədəbiyyatı kafedrasının açılması ilə bağlı xəbər Türkiyə mətbuatında narazılıq yaradıb.
“İran cənubda yaşayan azərbaycanlıların və kaşkay türklərinin öz dillərində təhsil almasına imkan vermir, “Azad” İslam Universitetində erməni dili və ədəbiyyatı şöbəsi açır”, – məlumatda deyilir.
Busaat.az























