
İranın Ciddədəki konsulluğu 7 ildən sonra yenidən açıldı
İranın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki konsulluğu və İranın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəliyi 7 ildən sonra yenidən fəaliyyətə başlayıb.
Busaat.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, hər iki ölkənin rəsmiləri Ciddə konsulluğu və İranın İƏT yanında daimi nümayəndəliyinin açılış mərasimində iştirak ediblər.
İyunun 6-da İranın Ər-Riyaddakı səfirliyinin rəsmi açılışından sonra Ciddədəki konsulluq və İranın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəliyi yenidən fəaliyyətə başlayıb.
Qeyd edək ki, xarici işlər nazirinin müavini Əli Rıza Bigdeli Ər-Riyad səfirliyinin rəsmi açılışında iştirak etmişdi.
Busaat.az























