İranın eyhamlı “qardaş təbriki” İrəvanda gündəm oldu – İki dost ölkə arasında nə baş verir?backend

İran Prezidenti Həsən Ruhaninin Ermənistan Baş naziri Nikol Paşinyana 21 sentyabr Müstəqillik günü ilə bağlı təbrikinin gecikməsi Ermənistanda müzakirələrə səbəb olub.

Busaat.az xəbər verir ki, bu barədə müzakirələrə qoşulan şərqşünas, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan İran diplomatlarının heç vaxt heç nəyi təsadüfən etmədiyini və Ruhaninin gecikən teleqramından İrəvanın nəticə çıxarmalı olduğunu bildirib.

– Advertisement –

Ermənistan üçün “qardaş ölkə lideri” sayılan Ruhaninin təbrikinin 3 gün gecikməsini Paşinyan administrasiyası da təsdiqləyib və bunu normal sayıb.

Voskanyan isə deyib ki, diplomatiyada mövqeyi birbaşa deyil, ehyamla çatdırmaq ənənəsi var:

“Bu, xüsusilə İran diplomatiyası üçün xarakterikdir. Bu, iki ölkə arasındakı münasibətlərdə problemlərdən xəbər verir”.

Voskanyanın sözlərinə görə, İranın bu münasibəti ilk növbədə Ermənistanın İsraillə münasibətləri dərinləşdirməsi və İsraildə səfirlik açması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistanın bir neçə gün öncə İsraildə səfirliyi rəsmi fəaliyyətə başlayıb.