Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 465 $▼4.04%
  • Ethereum1 824 $▼5.37%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İranın keçmiş prezidentinin qızına 5 il həbs cəzası verildi

image-1673329445_63bc9f863b15563bc9f863b156167330599063bc9f863b15263bc9f863b153
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Məclisinin (parlament) keçmiş üzvü və qadın hüquqları uğrunda mübarizə aparmaqla tanınan Faezeh Haşimi-Rəfsəncani bazar ertəsi hökumət əleyhinə etirazlara çağırış etdiyi üçün 5 il müddətində həbs cəzasına məhkum edilib.

Busaat.az xəbər verir ki, bunu Rəfsəncaninin vəkili Nida Şəms Fars xəbər portalına bildirib.

Onun sözlərinə görə, İslam Respublikasının keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı (1934-2017) sentyabrın 27-də həbs edilib və Evin həbsxanasında saxlanılır: “Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən sakinləri nümayişə təhrik etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni müddət ərzində bu qərardan apellyasiya şikayəti verməyə çalışacağıq. İran ədaləti 60 yaşlı fəalı ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hakimiyyət sisteminə qarşı təbliğat aparmaqda ittiham edib”.

Haşimi-Rəfsəncani əvvəllər də qanunsuz toplantılarda iştirak etdiyinə görə bir neçə dəfə məhkum olunub. 2009-cu ildə o, 5 il müddətinə siyasi və mədəni fəaliyyətdən kənarlaşdırılıb. 2011-ci ildə fəal islahatçıların lideri Mirhüseyn Musəviyə dəstək mitinqində çıxış etdiyinə görə həbs edilib. 2017-ci ildə o, İran dövlət xadimlərini ləkələyən məlumatlar yaydığına görə yenidən altı aylıq həbs cəzasına məhkum edilib. Mart ayında fəala 15 ay həbs cəzası verilib. Əlavə cəza olaraq, sabiq deputata iki il müddətinə hər hansı sosial şəbəkə fəaliyyəti qadağan edilib.

Noyabrın 28-də İran hakimiyyəti İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin qardaşı qızı Fəridə Muradhanini də həbs edib. Bu, onun xarici hökumətləri Tehranla əlaqələri kəsməyə çağırmasından sonra baş verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96515