Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 743 $▲0.99%
  • Ethereum1 812 $▲2.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İranın Türkiyə və Suriya arasındakı danışıqlara cəlb edilməsini alqışlayırıq - Lavrov

image-1379803
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tehran Ankara və Dəməşq arasında normallaşma danışıqlarına qoşula bilər və bu danışıqlarda Moskva da yaxından iştirak edir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov məlumat verib.

Lavrovun sözlərinə görə, artıq müvafiq razılıq əldə olunub.

Nazir Rusiyanın Türkiyənin Suriya ilə münasibətləri normallaşdırmaq öhdəliyini dəstəklədiyini və bu məqsədlə ölkəsinin daha çox səy göstərəcəyini vəd etdiyini bildirib. “Rusiya, İran və Türkiyə Suriya nizamlanması ilə məşğul olan Astana üçlüyünün üzvləridir. Ona görə də Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması ilə bağlı gələcək hər hansı kommunikasiyanın Rusiya və İranı da əhatə etməsini tamamilə məntiqli hesab edirəm.

Qeyd edək ki, dekabrın sonunda Rusiya Müdafiə Nazirliyi Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqların aparıldığını bildirib. Onlar Suriya böhranının həlli yolları, qaçqın problemi və Suriya ərazisində ekstremist qruplarla mübarizədə birgə səylərə diqqət çəkiblər.

Hazırda müvafiq qurumlar arasında danışıqlar aparılır. Danışıqlar, digər məsələlərlə yanaşı, Türkiyə və Suriyanın xarici işlər nazirləri arasında görüşün, sonra isə prezidentlərin görüşünün təşkili imkanını əhatə edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98971