Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 786 $▲1.05%
  • Ethereum1 816 $▲2.68%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İranın xarici işlər naziri Moskvaya gəlib

image-1387123
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Moskvaya rəsmi səfərə gəlib.

Busaat.az xəbər verir ki, nazir gəlişindən sonra iranlı jurnalistlərlə qısa söhbət edib, Rusiyada danışıqlar zamanı qaldırmağı planlaşdırdığı məsələləri şərh edib.

“Lavrovla sabahkı müzakirələrimiz zamanı qaldırılacaq məsələlərdən biri JCPOA (İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı) olacaq”, – Abdullahyan deyib:

“Rusiya Vyanada bir neçə ay davam edən 4+1 danışıqlarının yeni raundunda səmərəli rol oynadı. Rusiyalı həmkarlarımız tərəflərin danışıqlar masasına qaytarılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdə davam edirlər”.

Abdullahyanın Moskvaya səfəri yanvar ayına planlaşdırılsa da, tərəflər onun daha sonrakı tarixə təxirə salınması barədə razılığa gəliblər. Qaldırılacaq məsələlər arasında Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Dəməşq və Ankara arasında əlaqələrin yaxşılaşdırılmasına dair görüşünə hazırlıq da var. Bundan başqa, tərəflər Rusiyanın xarici işlər nazirinin daha əvvəl elan etdiyi Cənubi Qafqaz regionunda barışıq üzrə ikinci üç-üç görüşü, eləcə də Astana formatı çərçivəsində Suriyada barışıq səylərini müzakirə edəcəklər. Həmçinin nazirlərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı müzakirələri də istisna edilmir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıqlardan öncə bildirib ki, tərəflər İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası ilə bağlı daha əvvəl verilən açıqlama kontekstində Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105057