İranla Əfqanıstan arasında DƏHŞƏTLİ DÖYÜŞ: İranın bir neçə məntəqəsi ƏLƏ KEÇİRİLDİ

image-photo_97608799backend

İran sərhədçiləri ilə “Taliban” hərəkatının silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma baş verib.

Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir müddaət sonra “Etemad” qəzeti qarşılıqlı artilleriya zərbələrinin və kiçikçaplı silahlardan başladılan atışmanın dayandırıldığını açıqlayıb.

Qeyd olunur ki, mövcud prosedurlara əsasən, tərəflər insidentlə bağlı təcili iclas keçirməlidir.

Əfqanıstan mətbuatının məlumatına görə, sərhəddə silahlı toqquşmalar yerli vaxtla 17:30 radələrində başlayıb.

Münaqişənin səbəbləri barədə məlumat verilməyib.

“Aamaj News” agentliyinin məlumatına görə, insident nəticəsində İrana məxsus bir neçə keçid məntəqəsi “Taliban”ın nəzarəti altına keçə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90