Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.81 $▲1.13%
  • WTI neft88.77 $▲0.98%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 841 $▼0.83%
  • Gümüş47.20 $▼0.64%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼0.13%
  • Bitcoin64 324 $▼1.52%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

İranla yeni nüvə sazişi imzalana bilər - "Finiş xəttinə 5 dəqiqə, yaxud 5 saniyə qalır..."

image-thumb600x0-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranla 2015-ci il nüvə sazişini canlandırmağı hədəfləyən danışıqlarda əsas təmsilçilər razılaşma əldə olunmasının mümkünlüyünə nikbin yanaşırlar.

Avropa İttifaqının (Aİ) baş təmsilçisi Enrik Mora həftəsonu deyib ki, indiyədək danışıqlardakı proqresə tamamilə nikbin yanaşır. “İrəliləyirik və danışıqları tezliklə sona çatdıracağımızı gözləyirəm”, – Mora İran mediasına deyib.

Rusiyanın səfiri Mixail Ulyanov isə bildirib ki, həll olunası 3, ya 4 məsələ var. “Finiş xəttinə 5 dəqiqə, yaxud 5 saniyə qalır”, – Ulyanov danışıqlar keçirilən “Palais Coburg” otelinin qarşısında jurnalistlərə deyib.

Onun sözlərinə görə, uğurlu nəticə tezliklə əldə oluna bilər, ancaq heç bir zəmanət yoxdur, həmişəki kimi, hər şey razılaşdırılana qədər heç nə razılaşdırılmayıb.

“Özəlliklə iranlılar və amerikalılar üçün həssas məsələlərdir. Zəmanət verə bilmərəm, ancaq düzgün istiqamətdə getməyimiz təəssüratı var”, – Ulyanov vurğulayıb.

Xatırladaq ki, avqustun 4-də İran, ABŞ və Aİ-nin təmsilçiləri dörd aylıq fasilədən sonra nüvə sazişi danışıqlarını bərpa ediblər. ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən birtərəfli çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da saziş çərçivəsində öhdəliklərinin icrasını məhdudlaşdırmağa, uran zənginləşdirməni genişləndirməyə başlayıb.

İranın 2015-ci ildə ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çinlə imzaladığı saziş Tehranın uran zənginləşdirməni məhdudlaşdırması qarşılığında iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan avqustun 7-də BMT-nin Baş katibi Antonio Quterreşlə telefon söhbətində deyib ki, ölkəsi güclü və davamlı razılaşma əldə olunmasına ciddi yanaşır. Onun sözlərinə görə, nəticə Birləşmiş Ştatların belə bir razılaşmanı istəməsindən asılı olacaq.

ABŞ-ın İran üzrə Xüsusi elçisi Rob Malley ötən həftə deyib ki, ölkəsi Vyana danışıqlarından gözləntilərini cilovlayır, ancaq razılaşmanın əldə olunması üçün səy göstərməyə hazırdır.

Britaniya, Fransa və Almaniya isə İranı nüvə sazişinin dirçəldilməsini hədəfləyən danışıqlarda qeyri-real tələblər irəli sürməməyə çağırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83232