
İranlı ekspert: İrəvan və Tehran arasında əməkdaşlıq Türkiyənin fəallığının qarşısını alacaq
Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidəki görüşü ilə əlaqədardır.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın NEWS.am xəbər agentliyinə açıqlamasında iranlı ekspert Harut Arakelyan bildirib.
Ekspert bu görüşün planlaşdırılmadığını xatırladıb. Onun fikrincə, qərar son anda verilib.
Arakelyanın fikrincə, Moskva, İrəvan və Tehran kifayət qədər sıx əməkdaşlığı inkişaf etdirə bilər ki, bu da sonradan regionda yeni oyunçuların yaranmasının qarşısını alacaq.
“Bu öz növbəsində regionumuzda yaranmış vakuumun bağlanmasına töhfə verir”, – deyən ekspert əmindir ki, Ermənistan İranla əməkdaşlığı dərinləşdirməlidir. İranlı ekspertin fikrincə, İrəvanla Tehranın əməkdaşlığı regionda öz maraqları olan Türkiyənin daha da fəallaşmasının qarşısını alacaq.
Busaat.az























