Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İraq İran və Türkiyə sərhədlərinə 6 min polis göndərir - KİV

image-iran-serhed
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İraqın İran və Türkiyə ilə sərhədlərinə 6 min polis yerləşdirilib.

Busaat.az xəbər verir ki, bunu İraqda fəaliyyət göstərən və etnik kürd birləşmələrinə aid kütləvi informasiya vasitələri (KİV) İraqın daxili işlər nazirinə istinadən bildiriblər.

İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari bildirib ki, İraqın İran və Türkiyə ilə sərhədlərinə nəzarət edilməsi ilə bağlı qərarlar qəbul edilib və büdcədən nəzarət məntəqələrinin tikintisi, müşahidə kameralarının quraşdırılması və gözətçi qüllələrinin tikintisi üçün vəsait ayrılıb.

Bununla bağlı Türkiyə tərəfi ilə koordinasiyalı şəkildə iş aparıldığını qeyd edən İraqın daxili işlər naziri bildirib ki, Türkiyə hakimiyyəti Türkiyə sərhədində baza qurmaq üçün 17 yer müəyyən edib.

“Sincarda Türkiyə ilə sərhəddə 65 kilometr uzunluğunda beton divar tikilib”, – deyə İraqlı nazir əlavə edib.

“İraqın sərhədi bizim qırmızı xəttimizdir. Biz bütün qonşu ölkələrlə əməkdaşlıq edərək qaçaqmalçılığın və digər qeyri-qanuni halların qarşısını almağa çalışırıq”, – o vurğulayıb.

Dekabrda iraqlı briqada generalı Yəhya Rəsul bildirib ki, ölkəsi İran və Türkiyə ilə sərhədlərdə İraq sərhədçilərinin yerləşdirilməsi planını irəli sürəcək.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də ölkənin sərhəd-keçid məntəqələrini qorumaq üçün maddi-texniki dəstək göstərməyi əmr edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97149