Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İraq ordusundan vacib AÇIQLAMA: “İŞİD-in son çırpınışlarıdır”

image-62287228-38e2-3a27-935e-89155c69ca2e_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İraqda əsgərləri və mülki insanları hədəf alan terror təşkilatı İŞİD-in son çırpınışlarını görməkdəyik.

Busaat.az xəbər verir ki, bunu İraq Silahlı Qüvvələri Komandanlığının sözçüsü general-mayor Yəhya Rəsul deyib.

Paytaxt Bağdadda jurnalistlərin suallarını cavablandıran Rəsul İŞİD-in İraqda zəiflədiyini və 5-8 nəfərlik kiçik qruplar halında hücum etdikdən sonra yuvalarında gizləndiyini qeyd edib.

Terror təşkilatının son mübarizələrini davam etdirdiyini vurğulayan Rəsul, təhlükəsizlik qüvvələri ilə üz-üzə gələ bilməyən terrorçuların kənd, qəsəbə və digər yollara mina yerləşdirərək mülki vətəndaşları və təhlükəsizlik işçilərini hədəf aldığını bildirib.

Rəsul terrorçularla mübarizənin davam edəcəyini və İraq Hərbi Hava Qüvvələrinin artıq bütün əməliyyatlarda daha fəal iştirak edəcəyini bildirib.

Qeyd edək ki, dekabrın 19-da Kərkük şəhərinin cənubunda İŞİD terror təşkilatı üzvlərinin bombalı hücumu nəticəsində İraq federal polisindən 9 nəfər həlak olub.

Bir gün sonra Diyala vilayətinin Albu Bali kəndində terrorçuların silahlı hücumu nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 9 dekabr 2017-ci ildə İŞİD üzərində qələbəni elan edib.
Bu açıqlamadan 5 il keçməsinə baxmayaraq, sözügedən əyalətlərdə təşkilatın hücumları hələ də davam edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95524