
İraq və Türkiyə arasında neft ixracatı bərpa edildi
İraq hökuməti Türkiyə ilə İraq arasında neft ixracının Kərkük-Ceyhan boru kəməri vasitəsi ilə mayın 13-də bərpa olunacağını açıqlayıb.
Busaat.az xəbər verir ki, İraqın martın 25-də Fransanın paytaxtı Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı iddianı qazandıqdan sonra Türkiyə ilə İraq arasında Kərkük-Ceyhan boru kəməri üzərində dayandırılan neft ixracı bərpa olunacaq.
İraqın neft naziri Hayyan Əbdülqəni yazılı açıqlamada bildirib ki, İraq Neft Marketinq Şirkəti (SOMO) Türkiyənin BOTAŞ şirkətinə neft ixracının mayın 13-də başlayacağı barədə məlumat verib.
Əbdülqəni qeyd edib ki, SOMO Türkiyənin Ceyhan limanından xam neftin satışı və marketinqi üçün qəbul edilmiş mexanizmlər əsasında beynəlxalq şirkətlərlə müqavilələr bağlayıb.
Busaat.az























