
İraqda son 10 ildə ilk
İraqda son 10 ildə ilk əyalət şurası seçkiləri keçirilir.
Busaat.az “Əl-Cəzirə”-yə istinadən xəbər verir ki, seçkilər 2025-ci il parlament seçkiləri üçün müqəddimədir və bu seçkilərdə son illərdə artan iranpərəst qrupların təsir imkanları yoxlanılacaq.
Şuralara ümumilikdə 285 namizəd seçiləcək ki, onların vəzifələrinə regional rəhbərlərin təyin edilməsi, səhiyyə, nəqliyyat və təhsil büdcələrinin bölüşdürülməsi daxildir.
Səsvermə baş nazir Məhəmməd Şia əl-Sudan hökuməti üçün əsas sınaq kimi qiymətləndirilir. Əl-Sudani vəzifəyə gəldikdən sonra onilliklər boyu davam edən münaqişələr nəticəsində dağıdılmış hökumət xidmətlərini və infrastrukturunu inkişaf etdirmək üçün mübarizə aparıb. O, yüksək fəallıq gözləyir ki, bu da onun administrasiyasına təkan verəcək.
İraqın 43 milyon əhalisinin təxminən 17 milyonu səsvermə hüququna malikdir və 6000 namizəd yarışdadır.























