Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 503 $▲0.61%
  • Ethereum1 810 $▲2.37%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İraqdan İrana təhlükəsizliklə bağlı təhdidlər var – Xamneyi

image-1618747615_5393efc5-06fb-4952-a740-aa43376cad06
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İraın ali dini lideri Ayətullah Əli Xamneyi İraqın bəzi bölgələrindən İrana qarşı təhlükəsizlik təhdidlərinin olduğunu bildirib və bu təhlükələri aradan qaldırmaq üçün İraq mərkəzi hökumətinin bu bölgələrdə səlahiyyətlərini genişləndirməsini istəyib.

Busaat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Televiziyanın xəbərinə görə, İran lideri Xamneyi paytaxt Tehranda səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Xamneyi prezident İbrahim Rəisinin iştirak etdiyi iclasda ölkəsinin Sudaninin İraqın Baş naziri seçilməsindən məmnun olduğunu bildirib.

İraq və İranın təhlükəsizliyinin bir-birinə bağlı olduğunu qeyd edən Xamneyi əlavə edib: “İraqın təhlükəsizliyini pozmağa çalışan istənilən tərəfə qarşı möhkəm dayanacağıq”.

“İraq torpaqlarından İranın təhlükəsizliyini pozmaq üçün istifadə edilməyəcək” – deyə, Sudani deyib.

Buna cavab olaraq Xamneyi, “Təəssüf ki, İraqın bəzi bölgələrində İrana qarşı təhdidlər davam edir. İndi, yeganə çıxış yolu İraq mərkəzi hökumətinin bu bölgələrdə səlahiyyətlərini genişləndirməsidir” – deyə, təklif edib.

İraqın Baş naziri Sudani isə iki ölkənin tarixi və strateji əlaqələrinə malik olduğunu ifadə edərək, İraq hökumətinin iki ölkə arasındakı razılaşmaları həyata keçirmək və müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyatda əlaqələri artırmaqda qərarlı olduğunu bildirib.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92344