
İraqın işğalı zamanı Qərbin törətdiyi cinayətlər cəzasız qalıb - Vasili Nebenzya
Bir sıra ölkələrin İraqa təcavüzü zamanı törətdikləri cinayətlər cəzasız qalıb və nəticədə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi ilə bağlı istənilən gözləntilər real deyil.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Nebenzya deyib: “Bu dünyada araşdırılmamış çox şey var. Əlbəttə ki, İraq saxtakarlığı heç vaxt düzgün araşdırılmayıb. İraqda törədilən cinayətlərə görə heç kim real məsuliyyəti öz üzərinə götürməyib”.
“Bu, bizim bəzi tərəfdaşlarımızın, o cümlədən burada Təhlükəsizlik Şurasındakı siyasətlərinin riyakarlığıdır”, – rusiyalı diplomat əlavə edib.
BMT Təhlükəsizlik Şurasının 2003-cü il fevralın 5-də keçirilən iclasında ABŞ-ın o vaxtkı dövlət katibi Kolin Pauel, tərkibində ağ toz olan sınaq borusunu nümayiş etdirərək bunun İraqda hazırlanmış kimyəvi silah nümunəsi olduğunu iddia edib və Vaşinqtonun fikrincə, bu, Bağdada qarşı hərbi əməliyyata başlamaq üçün yetərli olub.
Diplomatın sözlərinə görə, ABŞ və Böyük Britaniya qlobal ictimaiyyətin razılığı olmadan İraqda hərbi əməliyyata başlayıblar.
Nəhayət, İraqda heç bir kimyəvi silah izi tapılmayıb və iddia edilən dəlillərin saxta olduğu ortaya çıxıb.
Busaat.az























