
İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır -Alen Simonyan
Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Üstəlik, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlıdır və hazırdır.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
“Biz regionun ticarət baxımından açılmasında, Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların və malların sərbəst hərəkətində heç bir problem görmürük”, – Simonyan deyib.
Simonyan vurğulayıb ki, Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün deyil. Bu baxımdan İrəvan Türkiyənin bu istiqamətdə addımlar atacağına ümid bəsləyir.
Busaat.az























