
İrəvanda Ermənistan, İran və Hindistan XİN-ləri arasında üçtərəfli siyasi məsləhətləşmələr keçirilib
İrəvanda Ermənistan, İran və Hindistan xarici işlər nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr keçirilib.
Busaat.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Görüş zamanı siyasi, iqtisadi və regional kommunikasiya kanalları ilə bağlı məsələlər müzakirə olunub, mədəni və millətlərarası əlaqələrin, müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərindən danışılıb.
Sonda tərəflər əməkdaşlığa yönəlmiş üçtərəfli formatda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Busaat.az























