Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.39 $▲1.05%
  • WTI neft86.63 $▲1.12%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.293 $▲2.49%
  • Qızıl4 056 $▼1.68%
  • Gümüş52.46 $▼1.47%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.00 ¢▲0.89%
  • Bitcoin73 650 $▼0.06%
  • Ethereum2 062 $▲0.56%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İrəvanda etirazçılar Lavrovla iranlı naziri səhv saldılar

image-img_5148
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İrəvanın Zvartnots hava limanında Ermənistanın “Respublika Naminə” partiyasının fəalları səhvən İranın müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı “etiraz” keçiriblər.

Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.

İran müdafiə nazirinin korteji keçərkən anti-Rusiya fəalları təxribat xarakterli işarələr nümayiş etdiriblər. Yerli KİV-lərdə nümayişin videosu “Lavrov İrəvanda etirazla qarşılanıb” yazısı ilə yayımlanıb. Məlumata görə, bu vaxt Lavrov hələ Ermənistanın paytaxtına hələ gəlməyibmiş.

Bundan əvvəl KİV-də bir qrup erməni fəalın İrəvandakı Rusiya səfirliyi və Kiyev körpüsü yaxınlığında Rusiya prezidentinin ünvanına təhqirlər yazılmış plakatlar asdığı barədə məlumat yayılmışdı.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təxribatı şərh edərkən bəyan edib ki, İrəvan fəallarının Rusiya Prezidenti Vladimir Putinə qarşı səsləndirdiyi təhqiramiz bəyanatlarlarda, ehtimal ki, ABŞ səfirliyinin əməkdaşlarının əli var. Eyni zamanda, Zaxarova Rusiyanın Ermənistanla müsbət gündəmə fokuslandığını vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164302