
İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək
Noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Armenpress agentliyi yayıb.
Məlumata görə, KTMT-nin Baş katibi Stanislav Zas Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə ona qarşıdan gələn sammitə hazırlıq, Kollektiv Təhlükəsizlik Şurasının bir sıra fərdi tapşırıqlarının icrası barədə məlumat verib.
Lukaşenko və Zas oktyabrın 28-də keçirilən Kollektiv Təhlükəsizlik Şurasının son fövqəladə sessiyasının nəticələri də daxil olmaqla, KTMT-nin məsuliyyət zonasındakı vəziyyəti də müzakirə ediblər.
Busaat.az























