İsa Qəmbərə 180 manat pensiya təyin edilməsi ilə bağlı AÇIQLAMA

image-isaqember56backend

Ekspert Rövşən Ağayev Azərbaycan Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə 180 manat pensiya təyin edilməsinə münasibət bildirib.

 

Busaat.az-ın xəbərinə görə, R.Ağayev bildirib ki, Azərbaycanda minimum pensiya 240 manatdır.

“180 manat yaşa görə sosial müavinətdir. Pensiya yaşına çatan, lakin 2 şərtdən birini ödəməyən şəxslər pensiya ala bilmir. Bu şərtlər ya 25 illik əmək stajının olması, ya da minimum pensiya kapitalına sahiblikdir. Belə görünür ki, İsa bəyi həmin şərtlərdən heç birini ödəmədiyi üçün ona müavinət təyin edilib” – R.Ağayev qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90