İŞİD-in 80 üzvü “Taliban”a təslim oldu

image-talibanbackend

İŞİD terror qruplaşmasının 80 üzvü “Taliban” hərəkatının təhlükəsizlik qüvvələrinə təslim olub.

Busaat.az  “Pajhwok” agentliyinə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın Nanqarhar vilayətində baş verib.

İŞİD terrorçularının təslim olması qəbilə ağsaqqallarının vasitəçiliyi sayəsində mümkün olub. Bununla belə, məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, son bir neçə aydır ki, paytaxt da daxil olmaqla Əfqanıstanın bir neçə vilayətində ard-arda bir sıra partlayışlar baş verib.  Bu insidentlər zamanı həm talibançılar, həm də dinc əhali arasından həlak olanlar olub. İŞİD-in bir qolu olan “Xorasanda İslam Dövləti” adlı qruplaşma bu hadisələrin bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90