
"İŞİD-in bu cinayətdə əli olduğuna heç bir şübhə yoxdur" - Pakistan kəşfiyyatı
“İŞİD” yaraqlıları Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda kamikadze partlayışında iştirak ediblər.
Busaat.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
“İŞİD-in bu cinayətdə əli olduğuna heç bir şübhə yoxdur”, – Pakistan kəşfiyyat xidmətinin sözçüsü bildirib.
İyulun 30-da iqtidar koalisiyasına daxil olan İslam Alimləri Məclisi partiyasının qurultayı zamanı kamikadze partlayış törədib. Qurultayın keçirildiyi zalda 400 nəfər olub. Ppartlayış zamanı ən azı 45 nəfər ölüb, 150-yə yaxın adam yaralanıb. Hücum nəticəsində partiyanın baş katibi Xar Ziaullah öldürülüb.
Əyalətin paytaxtı Pişəvərdəki xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib. Yaralıların çoxunun vəziyyəti ağırdır.
Busaat.az























