İŞİD İraqda hücum təşkil etdi, ölənlər var

image-isid-1backend

İraqın Diyalə əyalətində İŞİD terror qruplaşmasının hücumu nəticəsində azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə “Shafaq” portalı məlumat yayıb. Hadisə Baakubə şəhərinin Əl-Əbbar yaşayış məntəqəsində baş verib. Məlumata görə, əvvəlcə radikallar yol kənarına qoyulan partlayıcı qurğunun üzərindən keçərkən bir yük maşınını partladıblar.

Təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda və yerli sakinlər əraziyə toplaşanda terrorçuların snayperləri hər iki tərəfdən onlara atəş açıblar. Ölənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90