
İŞİD Kərkükə hücum etdi: 3 əsgər öldü
Ötən gün İraqın Kərkük şəhərinə hücum olub. İraq hərbi rəsmisi hücumda 3 əsgərin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını açıqlayıb.
Busaat.az xəbər verir ki, İraqın Kərkük şəhərindəki hərbi kazarmalara hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
“İki zabit də daxil olmaqla üç əsgər həlak olub, dörd əsgər isə yaralanıb”, – rəsmi AFP-yə bildirib.
Hücum İraq federal hökuməti ilə İraq Kürdüstan Regional Rəhbərliyi arasında mübahisəli ərazidə baş verib.
Busaat.az























