
İslamabad polisi müxalifət liderlərini həbs etmək üçün xüsusi təyinatlı dəstə yaradıb - MEDİA
Pakistanın İslamabad polisi müxalif Tehreek-e-Insaf partiyasının liderlərini həbs etmək üçün xüsusi bölmə yaradıb.
Busaat.az xəbər verir ki, bu barədə Ary News öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, bölmənin tərkibində xüsusi təyinatlıların döyüşçüləri olub, digər detallar barədə məlumat verilməyib.
Qeyd edək ki, Pakistanın baş naziri Şahbaz Şərif sabiq baş nazir İmran Xanın həbsindən sonra mayın 9-da ölkədə baş vermiş etiraz aksiyalarının və iğtişaşların təşkilatçıları və rəhbərlərini məsuliyyətə cəlb etməyə çağırıb.
İmran Xan daha sonra müvəqqəti olaraq girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, Pakistan müxalifətinin liderlərindən biri, sərhəd bölgələri üzrə keçmiş dövlət naziri “Təhrik-e-İnsaf”ın liderlərindən biri sayılan Şehriyar Xan Afridi həbs edilib. Digər müxalifət partiyasının lideri Fəyyaz-ül-Həsən Çohan da Pəncab əyalətində saxlanılıb.
Busaat.az























