
İslami Cihad İsrailin cənubundakı hərbi obyektə raketlərlə hücum etdiyini iddia edir
Radikal Fələstinin İslami Cihad qruplaşmasının yaraqlı qanadı Əl-Qüds Briqadaları İsrail ordusunun obyekti də daxil olmaqla, İsrailin cənubundakı bir neçə hədəfə raket zərbəsi endiriblər.
Busaat.az xəbər verir ki, bu barədə sözügedən qruplaşma özünün Telegram kanalında yazıb.
İslami Cihadın yaraqlı qanadı bildirib ki, “Əl-Qüds” briqadaları yəhudi yaşayış məntəqəsi Kfar Azaya raketlərlə hücum edib və eyni bölgədəki Fəccə hərbi obyektinə raket zərbəsi endiriblər.
Əl-Qüds Briqadaları son günlər Qəzza zolağı yaxınlığında yerləşən kibbutzları bir neçə dəfə atəşə tutub. İslami Cihad Fələstinin HƏMAS hərəkatı tərəfindən elan ediləndən dərhal sonra İsrail ərazisində əməliyyata qoşulduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 7-də bir qrup HƏMAS yaraqlısı Qəzza zolağından ölkəni atəşə tutduqdan sonra İsrailə daxil olub. Son məlumatlara görə, toqquşmalar və atəşlər nəticəsində 800-ə yaxın fələstinli ölüb, 4000-dən çoxu yaralanıb. Həmçinin, 800-ə yaxın israilli ölüb, 2000-dən çox insan yaralanıb.























