Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 092 $▼6.06%
  • Ethereum1 770 $▼8.17%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İslami Cihad komandiri öldürüldü - İsrail

image-3590033_620x410
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 25-ə yüksəlib.

Busaat.az xəbər verir ki, İsrailin hücumları nəticəsində həyatını itirən və yaralananlarla bağlı Qəzzadakı Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, İsrail ordusunun mayın 9-u çərşənbə axşamından etibarən Qəzza istiqamətində həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 25-ə, yaralıların sayı isə 76-ya yüksəlib.

İslami Cihad Hərəkatının hərbi qanadı Əl-Qüds Seriyyes verdiyi yazılı açıqlamada raket bölməsinə rəhbərlik edən Əli Həsən Qalinin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib. Hərəkat daha əvvəl İsrailin hücumları nəticəsində 3 yüksək rütbəli hərbçinin öldürüldüyünü açıqlamışdı.

Qeyd edək ki, mayın 9-da İsrail ordusu İslami Cihad Hərəkatının rəhbərliyini hədəfə aldığını əsas gətirərək, Qəzzaya hücum edib. Fələstinli qruplar buna cavab olaraq Qəzzadan İsrailə bir sıra raketlər atıblar.

İsrail və Fələstin qrupları arasında beynəlxalq tərəflər vasitəsilə aparılan atəşkəs danışıqları nəticə verməyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109337