
İspaniya rekord: 52 ton narkotik maddə ələ keçirildi
İspaniya polisi tarixin ən böyük narkotika əməliyyatını həyata keçirib. Səlahiyyətlilər 52 ton narkotik maddə ələ keçirib.
Busaat.az xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
Açıqlamada Kataloniya bölgəsinin şimal-şərqində həyata keçirilən əməliyyatda 52 tondan çox narkotik maddənin ələ keçirildiyi bildirilib.
Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.
Qeyd edək ki, səlahiyyətlilər ələ keçirilən narkotik maddənin bazar dəyərinin 125 milyon avronu keçə biləcəyini bildirib.























