
İspaniya sahillərində 2 ton kokain olan qayığ həbs edilib
İspaniyanın hüquq-mühafizə orqanları Kantabriya əyalətinin Santander sahilləri yaxınlığında 2 ton narkotik olan yelkənli qayığı həbs ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Europa Press məlumat yayıb.
Həbs edilən gəmi Britaniya bayrağı altında üzüb. Gəmidə bir İspaniya, iki Venesuela və bir Kolumbiya vətəndaşı olub. Ekipaj üzvləri dərhal günahlarını etiraf edərək, daşınan narkotiklərin real miqdarını açıqlayıblar. Cinayətkarlar İspaniya Mülki Qvardiyasına təhvil verilib.
Müsadirə edilən gəmi Santander limanına aparılıb, orada kokainin boşaldılması, onun dəqiq miqdarı və təmizliyi müəyyən edilib.
Busaat.az























