
İspaniyada 32 ton narkotik ələ keçirilib
İspaniyanın Toledo, Syudad Real, Velansiya və Asturiya bölgələrində keçirilən əməliyyatlarda 32 ton marixuana ələ keçirilib.
Busaat.az xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
Məlumata görə, əməliyyatı İspaniya Mülki Qvardiyası həyata keçirib və ümumilikdə 32 ton narkotik maddə ələ keçirib.
İspaniya Mülki Qvardiyasından verilən açıqlamada ələ keçirilən narkotiklərin İspaniya, İsveçrə, Hollandiya, Almaniya, Belçika və digər Avropa ölkələrində satıldığı bildirilib. Polis ələ keçirilən marixuananın bu günə qədər saxlanılan rekord göstərici olduğunu açıqlayıb.
Əməliyyat çərçivəsində 9-u kişi, 11-i qadın ümumilikdə 20 nəfərin saxlanıldığı və bu şəxslərin Toledo, Ciudad Real, Valensiya və Asturiyada narkotik istehsalı və paylanmasından məsul təşkilat üzvləri olduğu bildirilib.
Busaat.az























