Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 829 $▼2.04%
  • Ethereum1 890 $▼1.93%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İspaniyada buğa yarışlarının qadağan edilməsi üçün nümayiş keçirilib - FOTOLAR

image-14112834267582410211
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 İspaniyanın “Heyvanların Sui-istifadəsinə Qarşı Heyvansevərlər Partiyası” (PACMA) paytaxt Madriddəki “Las Ventas” arenası qarşısında buğa yarışlarının qadağan edilməsi tələbi ilə nümayiş keçirib.

Busaat.az xəbər verir ki, dünyanın ən böyük korrida arenalarından biri olan Las Ventasın qarşısına toplaşan bütün İspaniyadan heyvansevər dərnəklərin nümayəndələri və PACMA tərəfdarları ölkə daxilində korridanın qadağan edilməsini tələb ediblər.

“Buğa döyüşlərini ləğv edin”, “Buğaları sevirik” və “Vəhşiliyə son” sözləri yazılmış plakatlar qaldıran nümayişçilər arenada gəzintidən sonra əsas giriş qapısının qarşısına gəlib və yaşıl şərflərini qaldıraraq səlahiyyətlilərə buğa yarışlarının qadağan edilməsi üçün simvolik mesajlar veriblər.

“İspaniyada korridalar zamanı hər il minlərlə heyvan ən vəhşi şəkildə öldürülür.

Cəmiyyətin əksəriyyəti korridalara qarşı olsa da, bəziləri onu dövlət pulu ilə subsidiyalaşdırmağa davam edir və PACMA-dan başqa bütün siyasi partiyalar buna səssiz qalır. İndi tərəf tutmaq və qadağa tələb etmək vaxtıdır” – deyə, etiraz çıxışlarının birində bildirilib.

Qeyd edək ki, İspaniyada öküz döyüşləri, yaxud buğa yarışları olaraq bilinən korridalar hələ 11-ci əsrdən keçirilməyə başlanılıb. 18-ci əsrin sonlarından etibarən arenalarda mədəniyyət tədbiri olaraq keçirilən buğa yarışları 2013-cü ildə Senatda keçirilən səsvermə ilə İspaniyanın mədəni irsi kimi tanınıb. Bundan sonra yarışların qoruması, təşviq edilməsi və tətbiqi hüquqi tənzimləmələrlə həyata keçirilməyə başlanılıb.

Ölkənin 17 muxtar bölgəsindən olan Kanar adaları 1991-ci ildə, Kataloniya isə 2010-cu ildə korridaları qadağan edib.

İspaniyada hər il 1800-dən çox korrida təşkil edilərkən, bu tədbirlərin İspaniya iqtisadiyyatına birbaşa və dolayısı ilə 3,5 milyard avro fayda verdiyi və təxminən 200 min insanın məşğulluğunu təmin etdiyi bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86271