
İspaniyada həddindən artıq istidə açıq havada işləmək qadağan edilir
İspaniyada solçu koalisiya hökuməti həddindən artıq isti havalarda açıq ərazilərdə işləməyi qadağan edəcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, İspaniya Baş nazirinin müavini və əmək naziri Yolanda Diaz mövzu ilə bağlı milli mətbuata açıqlama verib:
“Şirkətlərin əmək qanunvericiliyinə əməl etməli olduğu müəyyən tədbirləri tam şəkildə həyata keçirmək üçün bəzi qanunvericilik dəyişiklikləri edəcəyik. Onlardan biri də hava şəraitinə uyğun olaraq iş şəraitini uyğunlaşdırmaq olacaq”.
Diaz həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqların (narıncı və qırmızı həyəcan – red.) edildiyi dövrlərdə işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək qaydalar tətbiq edəcəklərini ifadə edib.
Ölkədəki quraqlıq problemini həll etmək üçün sol koalisiya hökumətinin sabah keçirəcəyi fövqəladə Nazirlər Şurasının iclasında bu məsələnin də müzakirə ediləcəyini qeyd edən Diaz əlavə edib: “İnsanların iqlim dəyişikliyi ilə mübarizə üçün iş standartlarını da dəyişdirməliyik. Bu, onların həyatına birbaşa təsir edir”.
Busaat.az























