
İspaniyada mədən qəzasında 3 işçi ölüb
Barselona şəhərinin Suria rayonundakı kalium mədənində baş verən qəzada azı 3 işçi həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə Kataloniya Muxtar Administrasiyasının polis və yanğınsöndürmə idarəsi məlumat yayıb.
Bölgəyə çoxlu sayda polis, yanğınsöndürən və sağlamlıq qrupları göndərilib. Dağıntılar altında qalan fəhlələrin çıxarılması üçün alpinizm bölmələri və it dəstələri ilə işə başlanılıb.
Qəzada ölənlərin yaxınlarına dəstək olmaq üçün rayona psixoloqlar da göndərilib.
Kataloniyanın muxtar administrasiyasının rəhbəri Pere Araqones qəzada həlak olanların ailələrinə başsağlığı verib, yerli hökumətin daxili işlər və əmək nazirləri isə dərhal bölgəyə gedib.
Busaat.az























