
İspaniyada narkotik alverçilərinin cinayət şəbəkəsi məhv edilib
İspaniya Mülki Qvardiyası Britaniya polisi ilə əməkdaşlıq edərək kokain qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin məhv edilməsi əməliyyatı çərçivəsində 9 britaniyalını həbs edib.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Mülki Qvardiya Eulalia əməliyyatı çərçivəsində Britaniya Milli Cinayət Agentliyi ilə əməkdaşlıq edərək Cənubi Amerikadan Malaga və Böyük əyalətə külli miqdarda kokainin qaçaqmalçılığı ilə məşğul olan təşkilatı məhv edib”, – məlumatda bildirilir.
Əməliyyat nəticəsində həmin şəbəkənin 9 üzvü həbs edilib.
Busaat.az























