
İspaniyanın baş naziri Kiyevə gəlib
İspaniyanın baş naziri Pedro Sançes Kiyevə səfər edib.
Busaat.az xəbər verir ki, baş nazir Polşadan qatarla Kiyevə gedib.
Sançesin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiyanın hücumlarından zərər çəkmiş bəzi şəhərlərə baş çəkəcəyi bildirilir.
Qeyd edək ki, İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynaya 6 ədəd “Leopard 2” tipli tank göndərəcəklərini açıqlayıb.
Busaat.az























