
İsrail 16 ildən sonra Türkiyəyə uçuşları bərpa edir
İsrailin “İsrair” aviaşirkəti əməliyyat xərclərinə görə 2007-ci ildə Türkiyəyə uçuşları dayandırıb. Şirkət 16 ildən sonra Tel-Əviv və İstanbul arasında uçuşları bərpa edib.
Busaat.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, təyyarədə Türkiyə və İsrail bayraqları və Türkiyədən gələn motivlərlə türkcə və ibranicə “Qardaşlıq və həmrəylik, gələcəkdə sülh” mesajlarının yazıldığı görülüb.
Qeyd edək ki, İsrail hava yolu şirkətinin fəaliyyətə başlaması ilə İstanbul Hava Limanına uçan aviaşirkətlərin sayı 96-ya yüksəlib.























