
İsrail əsgərləri fələstinli uşağı öldürüb
İsrail qüvvələri İordan çayının qərb sahilində bıçaqlı hücum təşkil etdiyi iddia edilən 15 yaşlı fələstinli uşağı öldürüb.
Busaat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda İsrail qüvvələrinin açdığı atəş nəticəsində 15 yaşlı fələstinli Məhəmməd Fərid Şövki Ez-Zearir-in öldüyü bildirilib.
Ordu hadisənin təfərrüatları və fələstinli şəxsin kimliyi ilə bağlı ətraflı məlumat verməsə də, yol kənarında yatan və hücumda istifadə edildiyi iddia edilən bıçağın fotosunu paylaşıb.
Qeyd edək ki, Hebronun şimalındakı Halhul qəsəbəsində yəhudi mühacirlərin Fələstin torpaqlarını qəsb etməsinə qarşı keçirilən nümayişə İsrail qüvvələrinin müdaxiləsi nəticəsində çoxlu sayda fələstinli yüngül xəsarət alıb.
Yəhudi mühacirlər tərəfindən torpaqları zəbt edilən fələstinli Əli Akl “Anadolu” agentliyinə deyib: “İki gün əvvəl bir qrup yəhudi mühacir təxminən 10 hektar ərazini ələ keçirdi.
İsrail qüvvələrinin yəhudi mühacirlərə qoruma təmin etdiyini bildirən Akl, məskunlaşanların böyük torpaqları ələ keçirmək üçün qəsəbələr qurduğunu vurğulayıb.
Busaat.az























