
İsrail hücum zamanı yaralanan fələstinliləri müalicə etməyəcəklərini söyləyib
Busaat.az xəbər verir ki, İsrailin səhiyyə naziri Moşe Arbel İsrailə hücum edərkən əsir düşən yaralı fələstinlilərin müalicə olunmayacağını açıqlayıb.
Arbel dünən baş nazir Benyamin Netanyahuya yazdığı məktubda hücumlarda yaralanan HƏMAS üzvlərinin dövlət xəstəxanalarında müalicəsinin dayandırılmasını əmr etdiyini açıqlayıb.
“Səhiyyə sistemi bu çətin dövrlərdə İsrail əsgərlərinin müalicəsinə və gələcəklərə hazır olmağa diqqət etməlidir”,- o, məktubunda qeyd edib.























