İsrail iki və ya üç ildən sonra İranın nüvə obyektlərinə hücum edə bilər

image-3042301backend

İsrail iki və ya üç ildən sonra İranın nüvə obyektlərinə hücum edə bilər.

Busaat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.

Reuters-in məlumatına görə, müdafiə naziri Beni Gantz Hərbi Hava Qüvvələrinin məzunları qarşısında çıxışı zamanı deyib: “Siz iki və ya üç ildən sonra səmanı şərqə doğru keçib İrandakı nüvə obyektlərinə hücumda iştirak edə bilərsiniz”.

Qeyd edək ki, on ildən artıqdır ki, İsrail dünya dövlətlərinin Tehranla münasibətlərinin dalana dirəndiyi halda, İranın nüvə obyektlərinə hücum edəcəyi ilə bağlı hədələyir. Bununla belə, bəzi ekspertlər İsrailin uzaq, səpələnmiş və yaxşı qorunan İran hədəflərinə uzunmüddətli zərbələr endirmək üçün hərbi potensiala malik olduğuna şübhə edirlər.

İsrail hərbi kəşfiyyatının 2023-cü il üçün proqnozuna görə, İran nüvə sahəsində indiki irəliləyiş yolunu davam etdirəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki