İsrail mətbuatı: Netanyahunun qayıdışı Türkiyə ilə münasibətləri yenidən gərginləşdirəcəkmi?

image-175006-704290821backend

 İsraildə Türkiyə əleyhinə sərt bəyanatları ilə tanınan keçmiş Baş nazir Benyamin Netanyahunun hakimiyyətə qayıdışı Türkiyə ilə normallaşan münasibətlərin gələcəyini də ciddi sual altına qoyub.

Busaat.az xəbər verir ki, “Jerusalem Post” qəzeti Netanyahunun qayıdışı ilə İsraillə Türkiyə arasında “yaz havası”nın tezliklə bitə biləcəyi istiqamətində şərh verib. Keçmiş Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ blokun İsraildə seçkilərdə qalib gəlməsindən sonra gözlər Türkiyə ilə yeni normallaşan münasibətlərə çevrilib.

İsraildə son 3,5 ildə keçirilən 5-ci ümumi seçkidə Netanyahu hakimiyyətə qayıdışını təmin edib. Belə ki, Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasını dəstəkləyəcəyi gözlənilən sağ blok 120 yerlik İsrail parlamentində 65 deputatla səs çoxluğu qazanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İsraillə əlaqələrlə bağlı qeyd edib: “Prosesi qarşılıqlı təmaslarla davam etdirərək bütün sahələrdə əlaqələri inkişaf etdirmək ümidimizi saxlayırıq”.

“YAZ HAVASI” BİTDİMİ?

İsrailin aparıcı qəzetlərindən biri olan “The Jerusalem Post” yazıb ki, baş nazirlik dönəmində Türkiyəyə qarşı tez-tez sərt açıqlamalar verən Netanyahunun kreslosuna qayıtması ilə Türkiyə ilə normallaşma prosesi dayana bilər.

Qəzet yazıb ki, Netanyahu yeni xarici siyasət xəttində Türkiyə və Livanla münasibətlərdə çətinliklərlə üzləşə bilər.

Benyamin Netanyahunun dönəmində İsrail-Türkiyə münasibətləri Mavi Marmara böhranı başda olmaqla bir çox problemlərə görə sarsılıb və diplomatik əlaqələr dayanıb. Netanyahunun hakimiyyətdən getməsindən sonra İsraildə hakimiyyətə gələn Yair Lapid-Naftali Bennettin başçılıq etdiyi koalisiya hökuməti Türkiyə ilə münasibətləri bərpa etmək üçün böyük səylər göstərib. İki ölkə sonda münasibətləri normallaşdırmaq qərarına gəlib və qısa müddət əvvəl qarşılıqlı səfirlər təyin olunub. “The Jerusalem Post” bildirib: “Aydındır ki, Netanyahu Türkiyənin İsrailə qarşı təhdidlərinə heç vaxt icazə verməyib. İndi yeni əlaqələr var, lakin Ankaranın İsrailə qarşı köhnə vərdişlərindən əl çəkib-çəkmədiyi bəlli deyil. Türkiyədə növbəti seçkilər öncəsi Ankaranın da İsrailə qarşı sərt addımlar atması etimalı var və Netanyahunun sərt açıqlamaları ilə münasibətlər yenidən pisləşə bilər”.

Ankara-Afina xəttində gərginliyin artmasının Yunanıstanla yaxın əlaqələri olan İsrailə də mənfi təsir göstərə biləcəyinə diqqət çəkən qəzet, Livan ilə imzalanan dəniz sərhədi müqaviləsinin Netanyahu dövründə risk altında ola biləcəyini qeyd edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90