Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

İsrail Müdafiə naziri Ərdoğandan nə istəyib? - KİV

image-gantz-reuters_16_9_1666935321
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 İsrail mətbuatına danışan mənbələr dünən Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşən İsrail Müdafiə naziri Benni Qantsın Türkiyəyə bəzi tələblər irəli sürdüyünü bildirib.

Busaat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı Qantsın prezident Rəcəb Tayyib Ərdoğanla dünənki görüşünün təfərrüatlarını yayıb.

Türkiyə və İsrailin münasibətləri normallaşdırmaq qərarından sonra dünən Ankaraya gələn Qantz, Milli Müdafiə naziri Hulusi Akar tərəfindən hərbi mərasimlə qarşılanıb və prezident Ərdoğanla görüşüb.

İsrailin aparıcı yayımçılarından biri olan Yedioth Ahronotun xəbərinə görə, İsrail Müdafiə naziri Qantz dünənki görüşdə Ərdoğandan Fələstinin Həmas təşkilatının Türkiyədəki fəaliyyətini qadağan etməsini istəyib. Türkiyədəki Həmas liderlərinin İsrailə qarşı hücumları koordinasiya etdiyini iddia edən Qantz, həmçinin Ərdoğandan Suriyaya silah göndərilməsi ilə bağlı İranı xəbərdar etməsini istəyib.

İsrail mənbələri Türkiyənin İsrail və ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiyini, İsraildən yeni silah sistemləri almağı hədəflədiyini bildirib. Qeyd olunub ki, İsrail də Türkiyə hakimiyyətinə İrana qarşı təhlükəsizlik sahəsində Türkiyə ilə əməkdaşlığı gücləndirmək istədiyini çatdırıb.

İsrailin Müdafiə naziri Qantz Hulusi Akar ilə keçirdiyi mətbuat konfransında iranlı qrupların Türkiyədə İsrail vətəndaşlarına hücum etməyə hazırlaşdığı xəbərinə toxunaraq, “Bu il İsrail vətəndaşlarına və yəhudilərə qarşı çox sayda təhdidləri aradan qaldırmağa müvəffəq olduq. Prezident Ərdoğan, nazir Akar və bu həyati əməkdaşlıqda əməyi keçən təhlükəsizlik qurumlarına minnətdarıq” – deyə, bildirib.

İsrailli nazir onu da əlavə edib ki, o, Türkiyə ilə əməkdaşlığı artırmaq üçün səlahiyyətlilərə göstəriş verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88852